“Qisas” dəstəsi yaradılsınmı?

0
783

İlham İsmayıl

Bu gün 1969-1974 –cü illərdə İsrailin Baş naziri olmuş xanım Qoldo Meirin doğum günüdür. İsrailin çox baş nazirləri olub. Bəs, niyə məhz Qoldo Meiri xatırladıq? Qoldo Meirin siyasi fəaliyyətindən çox danışmaq olar, amma onun rəhbər olduğu dövrdə bir hadisəni qeyd etməyi və Qoldo Meirin bu hadisəyə münasibətini və bir baş nazir kimi bu hadisədən sonra  ortaya qoyduğu siyasi iradəni  xatırlatmamız yerinə düşər, çünki Azərbaycan vətəndaşları Qarabağa görə, Şuşaya, Xocalıya görə belə bir iradəyə həsrətdir.
Əvvəlcə xanım Qoldo Meirin qısaca siyasi yoluna nəzər salaq. Bir onu xatırlatmaq kifayətdir ki, İsrail 14 may 1948-ci ildə yəhudi dövlətinin elan olunması mərasimində 200 ən nüfuzlu yəhudi siyasətçiləri içərisində Qoldo Meir də var idi və Müstəqillik Qətnaməsini 24 adam imzaladı ki, onlardan 2-si qadın idi və onlardan biri də Qoldo Meir idi. Qoldo Meir o qədər qətiyyətli və dəmir iradəyə malik bir siyasətçi idi ki, onun haqqında deyirdilər ki, “Qoldo hökümətdə yeganə kişidir”.
Xanım  Qoldo böyük imkanlara malik olsa da binanın sonuncu mərtəbəsinin çardağında, balaca bir otaqda qalırdı.
1969-cu ilin mart ayında Qoldo Meir baş nazir olur. Yuxarıda qeyd etdiyimiz hadisə də onun baş nazir olduğu dövrdə baş verir. 1972-ci ildə Münhen Olimpiadasında İsrail idmançılarının olduğu təyyarə terrorçular tərəfindən ələ keçirilir və təyyarədəki bütün girovlar öldürülür.
 İsrail intiqam tələb edirdi: “Onlar Tel Aviv və Qüds kafelərində intiqamdan danışırdılar. Nüfuzlu universitet professorları intiqam almağa çağırırdı. Hökumətin fövqəladə toplantısında da intiqam haqqında söhbət aparıldı “. İsrail Baş naziri Qoldo Meir  bu terror aktı ilə məşğul olanların hamısını axtarmağa və məhv etməyə qərar verdi.
 Knessetdəki çıxış öz yerində, baş nazir  MOSSAD-ın keçmiş rəhbəri Tsvi Zamiranı çağırıb deyir ki, “sənə bütün dəstəyi və maliyyəni ayırır və səlahiyyət verirəm. Kimi istəyirsən komandana dəvət et və Münhen terrorunda iştirak edənlər dünyanın harasında olurlar-olsunlar, o adamları məhkəməsiz məhv etməyi tələb edirəm”.
 Və Zamira da baş nazirin göstərişinə əməl etdi: “Mivtsax eolahim” ( Allahların qəzəbi) adlı xüsusi dəstə yaradıldı və bu dəstə artıq 11 ay ərzində 17 terrorçudan 13-nü  məhv etmişdi.
 Qarabağ müharibəsində yaşanan hər faciəyə görə  bizdə də çoxdan, ayrıca bir “Qisas” dəstəsi yaradılıb İşğal olunmuş ərazilərimizdə məskulaşmaya qarşı əsl diversiya qrupunun fəaliyyətini təşkil etməliydik.  İşğalın başında duran düşmən liderlərin dünyanın harasında olur- olsun, məhv edilməsi üçün  göstəriş verilməliydi. Zaman knyaz Minin və Pojarskinin dövrü deyil ki, dövlətin bacara bilmədiyi işi xalqın içindən çıxan qəhrəmanlar qılınc götürsün, milləti başına toplayıb düşməni qovsun.  Və buna görə də onlara heykəl qoyub altından da yazdılar ki,“Rusiya əbədi olaraq sizə minnətdardır”.
Qoldo Meir nümunəsi ona görə yerinə düşür ki, az qala yarım əsr vaxt keçməyinə baxmayaraq, xanım baş nazirin qətiyyəti bir nümunədir. Qarabağ naminə dövlət “Qisas” dəstəsi yaradıb iş görməlidir.
1978-ci ildə 80 yaşında vəfat edən Qoldo Meir  “qəzəb” dəstəsini yaradanda 74 yaşı vardı.  Amma, bu yalnız onun iradəsi deyildi, yuxarıda qeyd etdiyimiz kimi xalqın “qisas” çağırışı idi. Biz necə? “Qisas” istəyirikmi?