Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin ilk iclası keçirilib

0
578

Avqustun 28-də yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin ilk iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından və Müşahidə Şurasının qəbul etdiyi qərarlardan irəli gələn vəzifə və tapşırıqların icrası müzakirə olunub.

İclasda həmçinin Holdinqin fəaliyyətə başlaması ilə əlaqədar bir sıra təşkilati-inzibati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.