Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirib

0
617

Avqustun 28-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib.
DMX-dən  bildiriblər ki, onlayn qəbul zamanı Xidmət rəisi 29 nəfərin müraciətini videogörüntü vasitəsilə dinləyib.
Müraciətlər əsasən işə qəbul, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.