Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? – VİDEO

0
653

Epidemioloji vəziyyət imkan verərsə, bu il 1 milyon 300 min şagird uyğunlaşdırılmış qaydada tədrisə cəlb olunacaq.

Bunlar məktəbəqədər hazırlıqda – 120 min uşaq, ibtidai siniflərdə – 650 min şagird, 5-dən yuxarı siniflərdə – 737 min şagird, peşə və ali təhsil müəssisələrində – 176 min tələbədir.

Bəs kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq?

İbtidai siniflər sentyabr ayının 15-dən noyabrın 2-nə qədər həftədə dörd dəfə, əgər yoluxmalar çoxalarsa həftədə üç və ya iki dəfə olmaqla ənənəvi formada, 5-dən yuxarı siniflər sentyabr ayının 15-dən ən azı mart ayına qədər həftədə 2-3 dəfə olmaqla onlayn şəkildə dərslər təşkil olunacaq.

Peşə və ali təhsil tələbələri sentyabr ayının 15-dən ən azı mart ayına qədər onlayn təhsil alacaqlar. Ancaq burada bəzi ixtisaslarda I kurslarda istisnalar var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: