“Semaşko” işi: TƏBİB təsdiqləyir, Prokurorluq təkzib edir

0
658

Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb.

O cümlədən bu məsələ ilə bağlı hər hansı bir istintaq aparılmır.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) ciddi yoxlamalar aparıldığı və mərkəzin keçmiş direktoru Dadaşov Ədalət İmamcan oğlu barəsində cinayət işi başlandığ barədə məlumat yayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Semaşko”da yoxlamaların keçirildiyini təsdiqləmişdi.