İNK-da islahatlar davam edir

0
654

İctimai Nəzarət Koalisiyasının Sumqayıt Regional Nümayəndəliyinin fövqalədə iclası keçirilb. İclasda İNK-nın sədri, DAMM-nin 1-ci vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov çıxış edərək hər bir iclaş işçilərini salamlayaraq, son günlər pandemiya dövründə karantin qaydalarını pozan yüksək vəzifə daşıyan dövlət məmurlarının hərəkətlərini pisləyərək qınadı və prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirdi. İctimai Nəzarət Koalisiyasının Sumqayıt Regional Nümayəndəliyini rəhbəri İbrahim İbrahimov cıxışında sədr Rasim Məmmədovun çıxışını yerində və zamanında etdiyini vurğulayaraq yüksək dövlət vəzifəsi tutan, Prezident tərəfindən dövlətin ən ali mükafatı “HEYDƏR ƏLİYEV” ordeni ilə təltif edilmiş vətəndaşın (akademikin) səhv etməsinin yolverilməz olduğunu və dərhal ciddi cəzalanmasını tələb etdi!

Sonra “Şöhrət” və “Şərəf” ordenli, Vətənə 2-ci dərəcəli Xidmət ordenli, Əməkdar idman ustası, Respublikamızın Əməkdar məşqçisi, Prezident təqaüdçüsü, Parolimpiya üzrə Respublika cüdo komandasının başq məşqcisi, İNK Sumqayıt Regional Təşkilatının rəhbəri İbrahim İbrahimovun təqdimatı ilə uzun illər Hüquq-Mühafizə orqanlararında yüksək vəzifədə çalışmış, ictimai nüfuza malik Sərvər Haqverdiyev Sumqayıt təşkilatına rəhbər təyinatı aldı.  Onu da qeyd edək ki, Sərvər Haqverdiyev Qarabağ müharibəsi veteranıdır. Milli Qəhrəman Əliyar Əliyevlə çiyin-çiyinə vuruşmuşdur.

Haqverdiyevlər ailəsində Şahin Haqverdiyev də torpaq uğrunda şəhid olmuşdur. Sərvər Haqverdiyev hüquq-mühafizə orqanlarında vicdanla, şərəf və ləyaqətlə calışmış bir hüquqşunas kimi çıxış edərək Ictimai Nəzarət Koalisiyasının və ölkə başçısının vətəndaşların öz hüquqlarını bəzi məmurlardan qorumaq çağırışını yüksək qiymətləndirmiş,bu çağırışa qoşulmağın vacibliyini unutmamalı olduğumuzu vurğulamışdır. S.Haqverdiyev bir daha ona göstərilən böyük etimada görə İNK rəhbərliyinə və təsisçi təşkilat rəhbərləri xalq yazıcısı Çingiz Abdullayevə, Rasim Məmmədova, baş katib Aydınxan Əbilova öz minnətdarlığını bildirərək, bu gün də bu etimadı doğruldacağını vurğuladı. İclasda İNK Aparatının rəhbəri Aygül Bagırova, İNK departament rəhbəri Asif Allahyarov, Xızı rayon şöbəsinin rəhbərləri iştirak edirdilər.