Koronavirus xəstələrinin ürəyində də COVID-19-un əlamətlərini aşkar edildi

0
661

Almaniya həkimləri koronavirus xəstələrinin ürəyində COVID-19-un əlamətlərini aşkar ediblər.

İlkin olaraq, xəstələrə “miokardit” diaqnozu qoyulsa da, sonradan onların koronavirusa tutulması məlum olub.

“Koronavirus gizli formada keçsə belə, COVID-19-un əlamətləri hətta xəstə sağalandan sonra ürəyin biopsiyası zamanı aşkarılanır”, – deyə alman ürək-damar mərkəzinin professoru Filip Ventsel bildirib.

Alimlər hesab edir ki, həkimlər koronavirusun mümkün fəsadlarına görə ürək-damar sisteminə daha çox diqqət etməlidirlər.