40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ – FOTO

0
773

Yüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal kimi Albert Eynşteyn, İsaak Nyuton və Mark Zukerberq kimi şəxslərin adlarını çəkmək olar.

Dünya tarixində iz qoymuş bir çox alim, tarixçi və ixtiraçıda IQ səviyyəsi 150-dən çoxdur.

IQ İntellekt əmsalı (ingiliscə intelligence quotient -IQ “ay-kyü”) insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi sayılır.

Albert Eynşteynin IQ-si 160, İsaak Nyutonun 190, Mark Zukerberqin isə 152-dir. Bu insanlar dahi kimi tanınırlar. Onların hər biri uğurları ilə tarix yaradıb. Ancaq bir zamanlar bu dünyada 250 ilə 300 arasında IQ-si olan bir insan da yaşayıb.

Uilyam Ceyms Sidis ən ağıllı insan, uşaq dahisi və fövqəladə bir riyaziyyatçı idi. Eyni zamanda çoxlu dil bilir, bacarıqlı bir yazıçı idi. Ancaq təəssüf ki, bir çoxları onun adını eşitməyib.

Uilyam Ceyms Sidis kim idi?

Bir zamanlar yaşayan ən ağıllı insanın faciəli hekayəsini təqdim edirik.

Uilyam Ceyms Sidis 1 aprel 1898-ci ildə Nyu Yorkda anadan olub. ABŞ-dan Rusiyaya köçən bir yəhudi ailənin uşağı idi. Atası Boris Harvarddan 4 dərəcə qazanan nümunəvi psixoloq, anası isə həkim idi.

Uilyamın parlaq zəkaya sahib olacağı gözlənilirdi, çünki valideynləri də çox ağıllı idi. Ancaq zəkası gözləniləndən daha çox oldu.

Uilyam 8 aylıq olanda əlifbanı öyrənməyə başlayıb. 18 aylıq Uilyam artıq “The New York Times” qəzetini oxuya bilirdi.Balaca dahi 8 yaşına qədər Latın, Yunan, Fransız, Rus, Alman, İvrit, Türk və Erməni dillərini öyrəndi.

Bu 8 dilə əlavə olaraq, öz dilini də icad etdi və bu dilə “Vendergood” adını verdi.

Ailəsi onun dahi olduğunu bilirdi. Buna görə, atası onu Harvardda oxutmağa çalışdı. Ancaq bu tələb rədd edildi, çünki o zaman Uilyam 9 yaşında idi.

Uilyam iki il sonra, 11 yaşında Harvard instutuna qəbul edildi. Uilyam 1909-cu ildə Harvarda qəbul edilən ən gənc insan kimi də tarixə düşüb

1910-cu ilə qədər riyaziyyat biliyi zirvəyə qalxdı və professorlar kimi tədrisə başladı. Uiyamın uğurları dildən dilə yayıldı və “möhtəşəm oğlan” adı qazandı. O, 16 yaşında bakalavr təhsilini başa vurdu.

Gənc yaşlarında üstün zəkası və istedadları ilə mətbuatın diqqət mərkəzində olan Uilyam özünü “New York Times” qəzetinin manşetlərində gördü. Ancaq gənc yaşda gələn bu şöhrət onun üçün bir yandan da yorucu idi.

Uilyam uşaqlıqdan öyrənməkdən ləzzət alsa da, yetkinlik yaşına çatdığı zaman düşüncəsi dəyişdi və atasını bu şöhrətdə günahlandırdı. Atası 1923-cü ildə vəfat edəndə Uilyam onun dəfnində iştirak etməkdən imtina etdi.

Uilyamın atası, Boris

Şöhrətdən yorulan Uilyam adi bir həyat sürmək istədi və ofis işlərinə başladı. Ancaq bu müddət ərzində də xalq tərəfindən sevilməyə, axtarılmağa davam etdi və yenidən iş yerlərini dəyişmək məcburiyyətində qaldı. Jurnalistlər onun 1924-cü ildə həftədə 23 dollarlıq bir  işdə işlədiyini aşkar etdilər. Jurnalistlər bunu da qəzetlərə manşet etdi. Üilyam fərqli təxəllüslərdən istifadə edərək bir çox dəyərli kitablar da  yazıb.

Həyatında dönüş nöqtəsi isə həbsxanaya məhkum edildiyi zaman olub. Sosialist olan Uilyam 1919-cu il 1 may nümayişləri zamanı hökumət tərəfindən həbs edildi və 18 ay həbs cəzasına məhkum olundu.

Ancaq ailəsi onun həbsxanaya düşməsini qəbul edə bilmədi və əvəzinə 2 il sanatoriyada qalmasını tələb etdilər. Sidis həm iştirak etdiyi nümayişlərə görə, həm də ateist olduğu üçün xalqın sevgisini itirməyə başladı. Yüksəlməsi ilə medianın diqqət mərkəzinə çevrilən Sidis, enişi ilə də yenidən medianın diqqət mərkəzində oldu.

Sidis ömrünün son illərini elmdən uzaq keçirdi. Pul qazanmaq üçün kiçik işlər gördü və 17 iyul 1944-cü ildə 46 yaşında beyin qanamasından vəfat etdi.

Ömrünün son illərində öyrəndiyi dillərin sayı 40-a çatmışdı. 250 -300 arasında IQ-sü olduğu deyilən, dünyanı dəyişdirə biləcək qədər ağıllı olan bu adam təəssüf ki, gənc yaşda vəfat edib.