Nardaranda susuzluq bağları dağa döndərib – VİDEO

0
792

Nardaran qəsəbəsi Ləhiş bağları adlanan yaşayış massivinin baxmayaraq ki, yarım əsr yaşı var, içməli su xətti yoxdur. İlin-günün bu vaxtı sakinlərin işi Allaha qalıb desək, yanılmarıq. Sakinlərin sözlərinə görə, ailə tərkibinin sayından asılı olaraq, iki həftədən bir, bəzən də hər həftə maşınla su alırlar.

Məsələyə münasibət bildirən Azərsu ASC-dən deyilib ki, həmin ərazi baş plandadır. Lakin əvvəlcə Bakıətrafı qəsəbələrdə, daha sonra isə bağ yaşayış massivlərində içməli su xətti çəkiləcək.

Başa düşüləndir ki, son zamanlar iqlim dəyişikliyi səbəbindən ölkə ərazisində su qıtlığı yaşanır. Lakin yaşayış ərazilərinə bu dövrə kimi hələ də içməli su xəttinin çəkilməməsi bizim üçün də qaranlıq qalıb.