Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb – VİDEO

0
803

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Mərkəzi Neftçilər Xəstəxanasının hıəkim-infeksionisti Fərrux Sədirov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov iştirak edir.