Hər bir şəxs həyatında az bir müddət belə olsa depressiyaya düşüb. Alimlər insanın ruhi vəziyyətinin yediyi qidalarla birbaşa əlaqəsi olduğunu sübuta yetiriblər.
Daim hazır paketlənmiş qidalardan, enerji içkilərindən istifadə edən, idmanla məşğul olmayan şəxslər depressiya halı ilə tez-tez qarşılaşırlar.
Qarpız
B6 vitamini ilə zəngin olan bu meyvə yuxunu normallaşdırır.
Alma
Zəngin antioksidant tərkibli bu meyvə beyin funksiyalarına müsbət təsir göstərir.
Omeqa-3 yağ turşuları
Bu yağ turşuları ilə çox zəngin olan balıq, pərpətöyün, qoz depressiya ilə savaşmağa yardım edir.
Bal
Bal xöşbəxtlik hormonu olan serotoninin sintezini həyata keçirən triptofanla zəngindir.
D vitamini
Bu vitaminin çatışmazlığı insanın həddən artıq yorulmasına, zehni inkişafın geriləməsinə səbəb olur.
Depressiyadan qurtulmaq üçün sadəcə qidalanma yetərli deyil. Eyni zamanda idmanla məşğul olmaq, təmiz havada gəzmək lazımdır.