Yolun ortasında qalan ağaclarlarla bağlı icra hakimiyyətindən AÇIQLAMA – YENİLƏNİB + FOTO

0
605

Ötən gün paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobil yolunun ortasındakı ağaclarla bağlı məlumat vermişdik.

Sosial şəbəkələrdə paylaşılan görüntülər geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Mövzu ilə əlaqədar Rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən küçədə baş verənlərdən xəbərsizdirlər.

“İcra hakimiyyəti tərəfindən Cəmşid Naxçıvanski küçəsində yaxın zamanlarda heç bir iş görülməyib”.

19 avqust, 14:27

Bakıda avtobuslar üçün ayrılan yeni dayanacaq yeri diqqəti çəkib.

Məsələ ilə bağlı fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxcivanski küçəsindən gedir. Məlumatda qeyd olunub ki, son illər ərzində yüz minlərlə yaşlı ağac müxtəlif səbəblərdən məhv edilib:

“Ağacların kəsilməsi məsələsini hər kəs bilir. Lakin, bu qeyri-adi addım ilə adiyyatı qurum təbiəti qoruduğunu göstərmək istəyib. Avtobuslar üçün dayanacaq təşkil edilib və guya təbiəti qorumaq məqsədilə bu iki ağacı kəsilməyib. Ağaclar da indi anormal formada qalıb yolun ortasında. İndi bu nə yoldur, nə dayanacaq, nə də səkidir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı  açıqlama verib. O bildirib ki, sosial şəbəkədə yayılan fotolarla əlaqədar agentliyin əməkdaşları əraziyə baxış keçirib:

“Hazırda əməkdaşlarımız tərəfindən məsələ araşdırılır. Nizami rayonu Cəmşid Naxcivanski küçəsində AAYDA tərəfindən asfalt örtüyü çəkilməyib. Məsələ tərəfimizdən araşdırıldıqdan sonra ictimaiyyətə yekun məlumat veriləcək”.