Neymar UEFA-nın qadağasını pozdu – VİDEO

0
591

PSJ-nin braziliyalı futbol ulduzu Neymar Çempionlar Liqasının final oyununu buraxa bilər.

Hücumçu “Leyptsiq”lə oyunda UEFA-nın COVID-19-la əlaqədar qəbul etdiyi tibbi protokolu pozub.

Belə ki, Neymar yarımfinal oyunundan sonra rəqib komandanın futbolçusu Marsel Halstenberqlə formasını dəyişib.

Avropa Futbol Assosiasiyaları İttifaqının(UEFA) qəbul etdiyi qərara görə, koronavirus infeksiyası ilə əlaqədar futbolçuların formalarını dəyişdirməsinə icazə verilmir.

Protokola əsasən, sözügedən qaydalara riayət etməyən futbolçu 12 gün karantində qalmalıdır.