“İşıqla bağlı da yüngülləşdirici addımlara ehtiyac var”

0
903

“Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil”. 

Bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədəki hesabında qeyd edib. Kommunal xərclərlə bağlı limitin artırılması təklifini Milli Məclisdə də qaldırmış deputat bildirib ki, bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı:

“Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır. Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq. Elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var. Ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaq”.