Paşinyan erməni “tarixçi”lərini belə yalanladı – Video

0
705

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibə başlayanadək yaşamış erməni əhalisinin sayını elan edib.

BBC-dəki “Hardtalk” (Ağır söhbət) verilişində iştirak edən hökumət başçısı münaqişənin başlaması ərəfəsində ermənilərin bölgə əhalisinin 18-19 faizini təşkil etdiyini bildirib.

Belə olan halda Ermənistandakı mövcud rejimin artıq 30 ilə yaxındır işğal etdikləri torpaqlara iddialarını hansı dəlillərlə əsaslandıracağı müəmmalı görünür. O cümlədən müəmmalı əsaslarla iddia etdikləri torpaqlara ötən müddət ərzində ölümə göndərdikləri əsgərlərinə görə də öz ictimaiyyətləri qarşısında cavab verməli olacaqları şəksizdir.

Nikol Paşinyanın verilişin aparıcısı ilə söhbətinin həmin yerini təqdim edirik.