Azərbaycanda keçmiş nazirə yeni vəzifə verilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev əmr imzalayıb.
Əmrə əsasən, Əli Abbasov AMEA-nın prezidentinin müşaviri vəzifəsinə təyin olunub.
AMEA-dan bildirilib ki, Ə.Abbasov ötən gün müşavir təyin edilib.
O, bundan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Ə.Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri olub.