ÜST korona ilə bağlı şok məbləğləri açıqladı

0
799

Peyvənd də daxil olmaqla, koronavirusla mübarizədə istifadə ediləcək vasitələr üçün ən azı 100 milyard dollar lazımdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, hazırda pandemiyanın qısa vədəli nəticələri ilə mübarizə üçün trilyonlarla dollar xərclənib:

“BVF pandemiyanın qlobal iqtisadiyyata ayda 375 milyard dollara başa gələcəyini, bununla da qlobal iqtisadiyyatda 2 ildə trilyonlarla dollarlıq itkinin yaranacağını bildirir”.