Xəzər dənizini çirkləndirən əsas mənbələr bəlli oldu

0
669

İranın Ətraf Mühit İdarəsinin rəis müavini Əhməd Rza Lahicanzadə bildirib ki, Xəzər dənizində tullantıların idarə olunması böhran ərəfəsindədir və dəniz mühitinə ciddi təhlükə yaradır.

Ə.R.Lahicanzadə dənizin ekoloji durumuna təsir edən əsas məqamlara toxunub.

Onun sözlərinə görə, zibil, tullantı sular, filtrdən keçirilməmiş maye, plastik tullantılar Xəzər dənizini çirkləndirən əsas amillərdir.

Ə.R.Lahicanzadə dəniz səviyyəsinin aşağı düşməsini və suyun səthində temperaturun yüksəlməsinin də dənizin ekoloji vəziyyətinə mənfi təsir etdiyini qeyd edib.