Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə daxil olan müraciətlərin sayı 30 faiz azalıb

0
736

Son günlər təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə daxil olan müraciətlərin sayı 30 faiz azalıb.
Bunu nazirliyin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə koronavirusa ümumi yoluxanların sayı 34 minə yaxındır: “Koronavirusa yoluxanlardan təxminən 89 faizi sağalıb, 10 faizinin isə hələ müalicəsi davam etməkdədir. Bu günə kimi təxminən 780 minə yaxın test aparılıb.
Son həftələr ərzində koronavirus infeksiyasının dinamikasında müsbət tendensiya müşahidə olunur ki, bu da dövlət səviyyəsində görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul olunması və onlara riayət olunmasının nəticəsidir. Bir daha vətəndaşları COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyət və həmrəylik nümayiş etdirib tələb və qaydalara riayət etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırıram”.