Daha 4 komanda Avropa Liqasının 1/4 finalında

0
485

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin daha 4 oyunu keçirilib.

“Sevilya” İtaliyanın “Roma” komandası ilə neytral meydanda – Almaniyanın Duysburq şəhərindəki “MSV Arena”da keçirdiyi görüşdə 2:0 hesablı qələbə qazanıb.

Almaniyanın “Bayer” komandası isə Şotlandiyada 3:1 hesabı ilə yendiyi “Reyncers”i Leverkuzendəki “BayArena”da yenə məğlub edib – 1:0.

Son oyun günündə İsveçrənin “Bazel” komandası Almaniya təmsilçisi “Ayntraxt”ı, İngiltərə klubu “Vulverhempton” isə yunan təmsilçisi “Olimpiakos”u 1-0 hesabı ilə məğlub edib. Bununla qalib gələn daha 4 komanda Avropa Liqasının 1/4 finalına yüksəlib.