İNK üzvlərinin Biləsuvarda görüşü

0
800

İctimai Nəzarət Koalisiyasının Biləsuvar-Salyan-Nefçala Regional Təşkilatının sədri Natəvan Əzizovanın Biləsuvar rayon nümayəndəliyinin rəhbəri və üzvləri ilə görüşü olmuşdur. Pandemiya dövrünün şərtlərinə uygun təşkil olunan görüşdə bu rayon nümayəndəliyinin gördüyü işlərlə bağlı məlumatlar və müzakirələr dinlənilmişdir. Rayon Təşkilat sədrinin təlimat və tövsiyələri olmuşdur.
İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov da bu kimi görüşlərin keçirilməsinin vacibliyini və əhəmiyyətini vurğulayaraq müvafiq aktiv tədbirlərin daha da geniş vüsət almasının xalqımızın pandemiya bəlasından qurtulması, eyni zamanda Qarabağda qələbəmizə böyük ümidlərin reallaşması yolunda ölkə prezidenti ilı birgə addımlara dəstəyimizin nümayişi olmasını bildirmişdir.
Onu da qeyd edək ki, İctimai Nəzarət Koalisiyası, SİMİB və DAMM ilə birlikdə pandemiyanın fəsadlarına baxmayaraq mövcud qərarlara , qaydalara riayət olunması çərçivəsində gündəlik iş rejimində fəaliyyət göstərir, onlayn görüşlər və konfransların keçirilməsini davam etdirir.
“ictimaixeber az”