“Tarixi abidənin yazısını əlifbaya görə dəyişmək olmaz…”

0
653

Sumqayıt şəhər 25 nömrəli məktəbin direktor əvəzi – təşkilatçı müavin Mehdi Aslanov İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətinə zəng vuraraq bu məktəbin qarşısındakı şəhid abidələrinin kiril əlifbası ilə yazılışına dair narahatçılıqlara aydınlıq gətirmək istəmişdir.

M.Aslanov bildirmişdir ki, bu abidələr 1993-1994-cü illərdə müəllimlərin öz vəsaitləri hesabına, o zamanki əlifba ilə hazırlanmışdır.

Tarixi abidənin dəyişdirilməsini məqsədə uyğun hesab etməyən M.Aslanov şagidrlərin rus dilində də təhsil aldıqlarına görə bu abidə yazılarının oxunuşunda əziyyət çəkmələrinin qeyri-mümkün olduğunu bildirmişdir.

 

“ictimaixeber.az”