Virusun mutasiyaya uğradığını deyə bilmərik – Qarayeva

0
751

Bu gün dəqiq dəlil, sübut olmadığı halda virusun mutasiyaya uğradığnı demək düzgün deyil.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Biz mərhələli şəkildə yumşalmalara gedirik. Yalnız bununla virusun cəmiyyətdə yayılmasını tədqiq edə bilərik. Bu gün xəstə sayı azalırsa, bu tibb işçilərimizin uğurudur”, – o bildirib.