Ərdoğan 100 illik sazişin intiqamını aldı – “Le Monde”

0
874

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya lideri Fayez Sərracla 2019-cu ilin dekabrında həyata keçirdiyi görüşdən sonra dediyi “Bu hərbi və enerji saziri ilə Sevr müqaviləsinin üstündən xətt çəkdik” sözləri onun intiqam aldığını göstərir.

Bu iddia ilə Fransanın nüfuzlu “Le Monde” qəzeti çıxış edib.

Qəzet Ərdoğanın Sevr müqaviləsinin (1920) intiqamını aldığını vurğulayıb.

Xəbərdə, həmçinin Aya Sofyanın məhz iyulun 24-də məscid kimi fəaliyyətə başlamasına da diqqət çəkilib.

“24 iyulda Lozanna müqaviləsinin 97-ci ildönümü oldu. Bu tarix təsadüfən seçilməmişdi”, – bildirilib.