Rusiya ABŞ-ı burdan çıxarmaq istəmir – Lukaşeviç

0
563

Rusiya ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxarılmasını tələb etmək niyyətində deyil.

Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksander Lukaşeviç deyib.

Onun sözlərinə görə, hadisələrin belə inkişafı Tramp Administrasiyasına sərf etmir.

Bununla yanaşı, Lukaşeviç Rusiyanın qurumu tərk etmək niyyətində olmadığını, rəsmi Moskvanın ATƏT-ə sadiq qaldığını vurğulayıb.