Ermənistana hərbi texnika keçirmək istəyən şəxs həbs olundu

0
1092

Rusiyadan Ermənistana qaçaq yolla hərbi texnika keçirməyə cəhd göstərən erməni həbs olunub.

Rusiyanın Yaroslavl vilayətinin erməni əsilli Səfəryan soyadlı sakini hərbi texnikanı Ermənistana qaçaq yolla keçirməyə cəhd göstərib. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onu piyada qoşunlarının döyüş avtomobili üçün periskopik hədəfi 1000 dollara alarkən yaxalayıblar.

İyulun 30-da Moskvanın Butırskaya rayon məhkəməsi Safaryanın 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.