Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı – Qərar

0
605

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin həbs olunan daha bir neçə üzvünün apelyasiya şikayətinə baxılıb.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda Telman Seyfullayevin apelyasiya şikayətinin dəlilləri araşdırlıb.

Onun həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Məhəbbət Nağıyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət rədd olunub.

Hakim Ramin Qurbanovun sədrliyi ilə baş tutan iclasda isə Ceyhun Novruzovun və İlkin Əliyevin şikayətinə baxılıb.

Hər iki təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.