İnternetdə “Şəhid analarının ismarıcları” mövzusunda aksiyalar

0
516

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil etdiyi 2020-ci il 1-ci qrant müsabiqəsi çərçivəsində “Sosial şəbəkələrdə “Şəhid analarının ismarıcları” mövzusunda aksiyaların keçirilməsi” layihəsinin icrasına başlanılıb.

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi tərəfindən həyta keçirilən layihə haqqında təşkilatın sədri Almaz Zeynalova məlumat verib. A.Zeynalova bildirib ki, son illər İnternet saytları, sosial şəbəkələr, filmlər, kompyüter oyunları, smart qorğular, cihazlar, mobil rabitə – müxtəlif mesencer proqramları, eləcə də yazlı və elektron KİV, TV-lər vasitəsi ilə xaricdən güclü mənfi təsirlərə uğrayan şəhid ailələri, xüsusən uşaqlar, yeniyetmələr, gənclər vətənsevər, vicdanlı vətəndaş kimi qəhrəmanlıq-vətənpərvərlik ruhunda böyümələrinə, hərbi xidmətdə olan gənc əsgər və matrosların siyasi-mənəvi hazırlıqlarına kömək məqsədi ilə real, ədəbi və virtual aksiyaların təşkili, o istiqamətdə fəaliyyətləri özündə əks etdirən layihə, şəhid və əlil alələrin üzvlərinin iştirakını təmin edərək, bu sahədəki mənəvi-psixoloji boşluqları qismən doldurulmasına yönəlib.
Layihənin əsas məqsədi şəhid anaları tərəfindən bu mövzuda yazılmış ismarıclar, ədəbi-poetik materiallar kağız kitab və elektron formatlarda – Feysbuk səhifəsində, elektron daşıyıcılarda, müxtəlif sosial paylaşım platformalarında, yeni media orqanlarında, bloqqerlərin İnternet resurslarında geniş ictimai gənc fəallara çatdırmaqla onları Azərbaycançılıq ətrafında birləşməsinə çalışmaqdır..
Vətən üçün canından belə keçməyə hazır olmalı gənc fəalların formalaşması istiqamətində qəhrəmanlıq-vətənpərvərlik mövzusu ətrafında fəaliyyətləri cəmləyən layihədə milli-mənəvi, ictimai-tarixi, ədəbi-mədəni materiallardan yararlanmaq, mədəni tədbirlər, gənclərlə əsgərlərin görüşlərini təşkil etməklə bu istiqamətdə maraqlı aksiyaların keçirilməsi, kitab nəşri, İnternetdə və sosial şəbəkələrdə o materialların yerləşdirilməsi, geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Uşaq, yeniyetmə və gənclərimizin mənəvi tərbiyəsində qəhrəmanlıq-vətənpərvərlik hisslərinin aşılanması xüsusi yeri tutur. Gənc nəslin milli ruhda, qəhrəmanlıq motivləri ilə təlim-tərbiyəsində canı-qanı ilə Azərbaycan müstəqilliyi, xalqımızın azadlığı uğrunda vuruşaraq şəhidlik zirvəsinə qalxmış şəxslərin ailə üzvləri – anaları ilə yeni nəsil nümayəndələrinin interaktiv ünsiyyəti hələ məktəb illərindən başlamalıdır. Yeniyetmə və gənclərimiz Vətən haqqında düşüncələrinin formalaşmasında qəhrəmanlıq-vətənpərvərlik və milli-mənəvi dəyərlərinin rolu danılmazdır. Son 5 ildə məktəblilər – yeniyetmə və gənclərimiz xaricdən ölkəmizə “ixrac edilən” müxtəlif mənfi yad-liberal dəyərlər, ifrat azadlıq istəyi, fərdlərin eqoist həyat tərzinin aşırı təbliği, yeni nəslin tərbiyəsinə, yaşam və dünya baxışlarına pis təsir edir. Belə hallar isə Azərbaycanın tarixi torpaqları – Dağlıq Qarabağ və ətraf rayonları işğal altında qalan ölkəmiz üçün döyüşkən ordu formalaşmasında əngəlliklər yarada bilər. Modern müasir silah-sursatla təchiz olunmuş ordu hissələri belə, romantik qəhrəmanlıq, milli-vətənpərvərlik hissləri ilə böyüməyən, mənəviyyat baxımından yetkinləşən əsgər və zabitlərsiz uğursuz silahlı qüvvələrə çevrilər. Hər an Vətən üçün sinəsini qabağa verib qəhrəmanlıq nümayiş etdirməyə hazır igid, döyüşkən hərbiçilərsiz Ali Baş komandanın əmrinə münəzir duran igidlərimiz lazımi anda, vacib formada istifadə etmək baxımından effektsiz vasitəyə çevrilir. Belə məqamlarda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycançılıq və milli multukultural ideologiyasını rəhbər tutaraq, gənclərimizin milli-mənəvi, qəhrəmanlıq-vətənpərlik ruhunda tərbiyələnməsi, təlimatlanması üçün şəhid anaların imkanlarından yararlanmaq faydalı olardı. Bu ciddi ictimai-sosial, psixoloji-mədəni məqamları nəzərə alıb, şəhid ailə üzvlərinin, xüsusən də şəhid anaları və xanımlarının yeniyetmələrin-gənclərimizin, zabitlərin-əsgərlərin psixoloji-mənəvi baxımından zənginləşdirilməsində rolunu artırmaq üçün cəmiyyətimizdə söz sahibi, mövqeyi olanların gənc hərbiçilərə ünvanlanan ismarıcları, məktubları, yazılarına böyük ehtiyac duyulur. Azərbaycan milli-mənəvi dəyərlərinin, qəhrəmanlıq-vətənpərvərlik hisslərinin gənclərə tanıdılmasında yeni formatlı fəaliyyətlər gündəlik həyatı smartfon, planşetlə, kompyüter arxasında – İnternet və sosial şəbəkələrdə keçən, dünyanı daha çox virtual variantda tanımağa başlayan, virtual reallığı həyatın gerçəkliyi kimi qəbul edən yeni nəslin nümayəndələrinə milli kimliyimizi, Vətən sevgisini, düşmənlərimizin işğalçı siyasətinə qarşı igidlik göstərməyi, Azərbaycanımız, torpaqlarımız, Qarabağımız uğrunda əsl rəşadətli qəhrəmanlar kimi canından keçməyi bacarmaq lazım olduğunu aşılamaq tələb olunur.

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Mətbuat bölümü