Türkman liderdən Əliyevə: Qarşısı alındı…

0
632

Erməni ordusunun Tovuz rayonuna hücumunun qarşısı Azərbaycan əsgərləri tərəfindən qətiyyətlə alındı.Bunu İraq Türkman cəbhəsinin lideri Ərşad Salehi Prezident İlham Əliyevə göndərdiyi məktubda yazıb.

“Ermənistanın Azərbaycana qarşı hücumlarını şiddətlə qınayırıq. Dost və qardaş azərbaycanlı şəhidlər üçün Allahdan rəhmət diləyir, Azərbaycan xalqı və hakimiyyətinə başsağlığı veririk. Eyni zamanda, döyüşdə yaralanan əsgərlərə şəfa diləyirik”, – məktubda bildirilib.