Yaralı “Qarabağ bülbülləri” Sənədli film. -video

0
531

“Qarabağ bülbülləri” ansamblının yaranmasının 50, Ağdamın işğalının 27-ci ildönümünə həsr olunur.

İNK TV, DAMMİB, YYSİB, SİMİB, İNK təqdim edir!

Ağdam — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər.

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdu.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.
Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki məhrumiyyət qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.