Tramp Rusiyaya səsləndi: Nüvə silahından imtina edin

0
580

ABŞ prezidenti Donald Tramp Rusiya və Çin hökumətlərini nüvə silahından imtina etməyə çağırıb.

Bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

“Bu gün prezident Putinin Kim Çen In və Şimali Koreya ilə bağlı əlindən gələn yardımı göstərməyə hazırlıq ifadə etdiyini gördüm. Biz hamımız nüvə silahlarından qurtulmaq istəyirik və qurtulmalıyıq da. Rusiya qurtulmalıdır, Çin qurtulmalıdır”, – deyə Tramp bildirib.

Xatırladaq ki, martın 15-də Şimali Koreya rəhbərliyi, ABŞ-la aparılan Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqları dayandırmaq ehtimalını nəzərdən keçirdiyini bildirib. KXDR XİN-in məlumatına görə, Pxenyan ABŞ tələbləri qarşısında güzəştə getmək niyyətində deyil.