“Daily News Hungary” nəşrində Azərbaycan və Macarıstan XİN başçıları arasında danışıqlardan xəbər verilir

0
583

Macarıstanın “Daily News Hungary” nəşri bu ölkənin Xarici İşlər naziri Peter Siyyartonun Azərbaycan səfəri barədə məlumat yayıb (bax: https://dailynewshungary.com/azerbaijan-key-to-hungarys-secure-energy-supply-says-fm-szijjarto-in-baku/).
Macarıstanın enerji resursları ilə zəmanətli təminatı məsələsində Azərbaycan əsas amildir.
Macar qəzeti xəbərindəki material nazirin bu sözləri ilə başlayır. Redaksiya Siyyartonun sözlərindən sitat gətirərək yazır ki, onun ölkəsinə Cənubi Avropa magistralı vasitəsilə qaz daxil olmağa başlayandan sonra Azərbaycanın rolu daha da artacaq. Nazir bu boru kəmərinə Budapeştin ayrıca qol kimi qoşulmaq niyyətini xatırladıb. “Əgər Yunanıstan, Bolqarıstan və Rumıniya nəzərdə tutulan tikintini müəyyən edilən vaxtda icra edərsə, o halda macar bazarı 2023-cü ildə zəruri həcmdə qaz alacaq”, – deyən Siyyarto ölkəsinin ildə 1-2 milyard kubmetr Azərbaycan qazını almaq niyyətində olduğunu qeyd edib.
Qonaq bildirib ki, koronavirusa qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığı da əldə olunan nailiyyətlərimizə aid etmək olar.
Nazir vurğulayıb ki, iqtisadiyyata gəlincə, Azərbaycan bazarı bizim üç şirkətimiz üçün böyük maraq kəsb edir: “Wizzair” aviaşirkəti öz reyslərini bərpa etməyə hazırlaşır, “HELL” energetik içki istehsalçısı olan macar şirkəti Azərbaycandakı dövriyyədən məmnundur, “MOL” neft-qaz şirkəti isə Azərbaycanın neft sektorunda paya sahibdir.