Aktiv koronavirus xəstələrinin sayı açıqlandı

0
518

Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.