Bakıda məşhur restoranın sahibi cərimələndi

0
579

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub.

Nizami Rayon Polis İdarəsinin (RPİ) və 24-cü Polis Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 17-də rayonun Naxçıvanski küçəsində keçirilən 40 mərasiminin təkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Qeyd edək ki, iyunun 8-də 450 nəfərin iştirakı ilə “Xəmsə” restoranında təşkil olunun mərhumun 3 mərasiminin qarşısı polis tərəfindən alınaraq, mərasimin təşkilatçısı, mərhumun qardaşı, restoranın sahibi M.Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 5 000 manat cərimə olunub.