Estoniyadan Finlandiyaya səyahət edən kruiz gəmisinin sərnişinləri koronavirusa yoluxub.
Finlandiyaya məxsus kruiz gəmisi Finlandiyadan Tallinə səyahət edən zaman Helsinkiyə qayıtmaq məcburiyyətində qalıb. Buna səbəb gəmidəki sərnişinlərdən birində koronavirusun simptomlarının aşkarlanması olub.
Virusa yoluxmuş xəstənin əlaqədə olduğu insanların hamısını təyin etmək mümkün olmayıb. Sərnişinlərə koronavirus infeksiyasına mümkün yoluxma barədə məlumat verilib. Lazım gəldikdə karantində qalmaq və simptomlar olduqda tibbi müayinədən keçmək tövsiyəsi verilib.
Kruiz gəmisindəki sərnişinlərin dəqiq sayı hələlik məlum deyil.