Bakının əlindən İrəvanı bu fakt xilas edir – Trofimçuk

0
499

KTMT sayəsində Ermənistan bu gün təhlükəsizlikdədir. Bunu “1in.am”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Ermənistan KTMT-yə arxalana bilər. Əgər belə olmasaydı, onun təkcə Qarabağ konfliktinə görə Azərbaycanla yox, həm də Türkiyə ilə savaşı olardı. Rusiya və KTMT faktoru olmadan hər şey daha asan və qorxulu inkişaf edərdi”, – deyə o bildirib.

Trofimçuk ATƏT-in Minsk Qrupunun aqressor ölkənin adını, döyüşlərdəki itkilərin sayını dəqiq açıqlamalı olduğunu deyib.

Bununla belə, rusiyalı ekspert KTMT-nin Azərbaycanla savaşmayacağını bildirib.