KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunacağı təcili iclası təxirə salındı

0
473

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının təcili iclası vəziyyətin müzakirə ediləcəyi format üzrə məsləhətləşmələr üçün təxirə salınıb.

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov danışıb.

“KTMT Daimi Şurasının iclasının keçirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə ediləcəyi formatı müəyyənləşdirmək məqsədilə üzv dövlətlərlə əlavə məsləhətləşmələrə ehtiyac olduğu üçün təxirə salınıb”, – deyə V.Zaynetdinov bildirib.