AzTV şəhidlərə görə konserti ləğv etdi

0
637

Azərbaycan Televiziyası ordumuzun şəhid verməsi ilə əlaqədar olaraq bu gün yayımlanması nəzərdə tutulan “Yay axşamı” konsert proqramını təxirə salıb.

Bu barədə telekanalın rəsmi “Facebook” hesabında bildirilib.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından iki nəfər şəhid olub, beş nəfər isə yaralanıb