İraq xahiş etdi: Bizi bu siyahıdan çıxarın…

0
687

İraq Xarici İşlər naziri Fuad Hüseyn almaniyalı həmkarı Hayko Maasdan ölkəsinin Avropa Birliyinin qara siyahısından çıxarılmasına yardım etməyi xahiş edib.

Bununla bağlı İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici İşlər naziri Fuad Hüseyn alman həmkarını İraqın çirkli pulların yuyulması və terrorçuluğu maliyyələşdirən ölkələr siyahısından çıxarılmasına dəstək verməyə çağırıb”, – məlumatda qeyd olunub.