Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır – SİYAHI

0
453

Azərbaycanda bir sıra kolleclərə publik hüquqi şəxs statusu verilir.

Bununla bağlı Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərarında bildirilir.

Qeyd olunur ki, Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

Qərarda Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi də yazılıb.

Sənədə əsasən, Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil olunacaq.

Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil olunacaq.

Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil olunur.

Qərara əsasən, Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.

Həmçinin Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bununla yanaşı, Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.