ABŞ-ın 200 illik geyim şirkəti müflis oldu

0
636

ABŞ-ın ən yaşlı kişi geyimi markalarından biri olan “Bruks Brozəs” şirkəti müflislik proseduru başladıb.

Şirkətin hazırkı borclarının 500 milyon dollar olduğu bildirilib.

Qeyd edək ki, “Bruks Brozəs” şirkəti 1818-ci ildə ailə biznesi kimi yaradılıb. Bütün bu illər ərzində şirkət Amerika elitası üçün geyimlər hazırlayıb.