BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? – RƏSMİ

0
468

“Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından artıq neçənci dəfədir COVID-19-a qarşı test nümunələri götürülür, bu, ilk dəfə deyil”.

Bu barədə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin məlumat verilib.

Onun sözlərinə görə, mütəmadi olaraq əməkdaşlardan COVID-19-a qarşı test götürülür:

“Burada heç bir qeyri-adi hal yoxdur. Bu, pandemiya dövründə tətbiq edilən prosedur qaydasıdır. Fəaliyyətimizlə əlaqədar olaraq daim ərazilərdə, reydlərdə oluruq. İşçilərin sağlamlığının qorunması məqsədilə bu tədbirlər görülür. Bu günə qədər aparılan testlərdə heç bir əməkdaşımızda koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Xatırladaq ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən orada çalışan 50-yə yaxın əməkdaşdan koronavirus testi götürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət ünvanlandığına dair məlumatlar yayılmışdı.