Avropada koronavirusa qarşı dərmanın istifadəsinə icazə verildi

0
1087

Avropa Komissiyası (AK) cümə günü antiviral dərman “Remdesivir”in COVID-19-un müalicəsi üçün Avropa İttifaqı ölkələri arasında istifadəsini təsdiqləyib.

“İnterfax” bu barədə AK-nın səhiyyə məsələləri üzrə nümayəndəsi Stella Kiriakidisin açıqlamasına istinadla xəbər yayır.

O, qeyd edib ki, COVID-19-un müalicəsi üçün ilk (Aİ-də) dərmanının təsdiqlənməsi virusa qarşı mübarizədə vacib addımdır.

“Remdesivir”in istifadə icazəsi “Avropa Dərman Agentliyi”nin 12 yaşdan yuxarı pnevmoniyadan əziyyət çəkən və oksigen dəstəyinə ehtiyacı olan xəstələrin müalicəsində istifadəsinə şərti icazəsindən sonra baş verdi.

Dərmanın effektivliyinin qiymətləndirilməsi əsasən, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun dəstəyi ilə aparılan tədqiqatın nəticələrinə əsaslanır.

Qeyd edək ki, ABŞ mayın əvvəlində “Remdesivir”dən xəstəxanalarda koronavirus xəstələrinin müalicəsi üçün istifadəyə icazə verib. Sonra dərmanın istifadəsi Yaponiya və Cənubi Koreyada təsdiq edilib.