Bütün dünyada ərzaq məhsulları bahalaşdı

0
1017

Dünyada qida qiymətləri ilin əvvəlindən bəri ilk dəfə bahalaşıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

İyun ayında ərzaq qiymətlərinin indeksi orta hesabla 93,2 bənd təşkil edib ki, bu da əvvəlki aya nisbətən 2,4 faiz yüksəkdir. Bitki yağının qiyməti ardıcıl dörd ay azaldıqdan sonra qəflətən 11,3 faiz artıb. Şəkər 10,6 faiz, süd məhsulları isə 4 faiz bahalaşıb.

Bununla belə, taxılın və ətin qiyməti may ayı ilə müqayisədə 0,6 faiz ucuzlaşıb.

Hesabata görə, qlobal taxıl istehsalının 2020-ci ildə yeni rekord səviyyəyə (2,7 milyard ton) çatacağı gözlənilir. Hindistan və Rusiya üçün buğda istehsalının proqnozları artırılıb.