Samuxda yerin dərinliyindən çıxan ilıq möcüzə – VİDEO

0
401

Bura el arasında Sərkar və ya Sarvan bulağı kimi tanınır. Artıq uzun illərdir ki, Samux rayonunun kiçik bir kəndindən çıxan bu su Qərb bölgəsində olduqca məşhurdur.

Buna səbəb suyun müalicəvi xarakterli olmasıdır. Azərbaycanın unikal təbii sərvətlərindən sayılan Sarvan suyu mədə, böyrək və digər xəstəliklərin müalicəsində əhəmiyyətli dərəcədə effektivdir.

Bu suyun ən önəmli özəlliklərindən biri də soyuq olmamasıdır. İllərdir, Gəncə və ətraf rayonların sakinləri bu sudan istifadə etmək üçün Sərkar kəndinə gəlirlər.

Yerin altından çıxan möcüzəvi suyun tarixi İkinci Dünya Müharibəsindən sonrakı illərə təsadüf edir. O zamanlar bu ərazi geoloqların marağını cəlb edib. Sovet geoloqları burada neft çıxarmaq ümidilə axtarış və qazıntılara başlayıb. Ancaq torpağın dərin qatlarından “qara qızıl” əvəzinə ilıq su qaynayıb.

Məhz o illərdən dövrümüzə qədər dayanmadan axan bu su uzun müddət ehsan kimi insanlara paylanılıb. 1998-ci ildə isə burada bulaq yaradılıb.

Hazırda gün ərzində bulaq suyundan minə yaxın sakin istifadə edir.

Əhali bulaqdan suyu doldurub Gəncədən kənarda yerləşən rayonlara da apararaq istifadə edir.

Daha ətraflı  süjetdə: