Çində bir şəhər karantinə bağlandı: COVID-19-un ikinci dalğası başladı

0
573

Çinin paytaxtı Pekindən 140 kilometr aralıda yerləşən və 11 milyon nəfər əhalisi olan Baodin şəhəri karantinə bağlanıb.

Şəhərdə koronavirus infeksiyasının ikinci dalğası başlanıb.

Virusun bura paytaxtdan gətirildiyi iddia olunur.

Hazırda Baodinə bütün giriş-çıxışlar bağlıdır, kütləvi dezinfeksiya işləri aparılır, sakinlər koronavirus testindən keçirilir.