Putin koronavirusa yoluxub? – ÖZÜ AÇIQLADI

0
508

Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub.Dövlət başçısı bu barədə “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” adlı verilişində deyib.

Jurnalistin tez-tez virusla bağlı test verirsiz sualına, Putin “Müntəzəm, hər üç-dörd gündə bir dəfə”, – deyə cavab verib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: “Allaha şükür, hələ ki, bəli yaxşıdır”.

Putin həmçinin ölkədəki epidemoloji vəziyyətə də diqqət çəkib:

“Allaha şükür, indi epidemiya geri çəkilir və ölkədə vəziyyət yaxşılaşır”.