Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

0
488

Dünyada yeni növ koronavirusdan ölənlərin ümumi sayı yarım milyonu ötüb.

500 162 nəfər koronavirusdan ölüb.

Statistikaya görə, ölüm sayına görə lider ABŞ-dır. Bu ölkədə koronavirusdan ölənlərin sayı 128 089 nəfərdir. Sonrakı yerlərdə isə Braziliya və Böyük Britaniya qərarlaşıblar.

Qeyd edək ki, bu gün dünya üzrə yoluxanların sayı da on milyonu ötüb.