Nazirlik: “Görüntüləri çəkən əməkdaş ciddi cəzalandırılacaq” – VİDEO

0
1145

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin əməkdaşlarının karantin rejimi ilə bağlı Bakıda qurulan postdan keçərkən çəkdiyi görüntülərə münasibət bildirib.

Bununla bağlı nazirlikdən  cavab verilib:

“İranə Əhmədova MMC-nin Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı Poçt Şöbəsinin əməkdaşıdır. Video iş vaxtı qeydə alınmayıb. O, ölkədə elan edilən karantin rejimini kobud şəkildə pozduğuna, eyni zamanda, bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığı üçün ciddi cəzalandırılacaq”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. Həmin görüntülər Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və iki rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib.