Korona İranda bu sahəyə zərbə vurdu: 60 milyard…

0
435

Ölkənin müxtəlif əyalətlərindəki otelçilər keçən dörd ayda koronavirusun genişlənməsi səbəbindən 60 min milyard rial zərər çəkiblər.

Bu sözləri İran Otelçilər Birliyinin sədri Cəmşid Həmzəzadə koronavirusun vurduğu ziyandan danışarkən deyib.

O, epidemiyanın turizm sahəsinə vurduğu ziyanın davam etdiyini bildirib:

“Otel və iqamət mərkəzlərinin fəaliyyətinin başlamasının elan edilməsinə baxmayaraq, koronanın turizm sənətinə vurduğu zərər bitmək bilmir. Bu zərər-ziyanların bir hissəsi dövlət tərəfindən qarşılanmalıdır ki, turizm sahəsinin xüsusi sektoru korona sonrası dönəmdə xidmət göstərməyə davam etsin”.

Ərdəbil əyalətinin Mədəni Miras, Əl İşləri sənətləri və Turizmçilik İdarəsinin baş direktoru Məhəmməd Rza Şaiqi də koronavirusun əyalətin turizm sahəsinə dərin ziyan vurduğunu bildirib:

“Əyalətin Sərin kimi bəzi şəhərlərində turizmlə bağlılığı olan iqtsadi sektorlar koronavirus pandemiyasının genişlənməsindən sonra, ötən aylarda tamamilə fəaliyyətini dayandıraraq tətilə çıxıblar”.